26 C
Baku
Saturday, July 27, 2024

“Formula-1” manatı möhkəmləndirməyəcək -PROQNOZ

Formula-1″ yarışının manatın məzənnəsini möhkəmləndirəcəyinə təsir edəcəyini düşünmürəm”.

Bunu açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, manatın qısa müddətə bir qədər möhkəmlənməsi mümkündür. Lakin bunun səbəbi “Formula-1” olmayacaq. Yarışlar zamanı ölkəyə turist sayının çoxalması ilə əlavə valyuta daxil olur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycandan da yay aylarında xeyli sayda insanlar turist kimi başqa ölkələrə – Rusiya Gürcüstan, Türkiyə və digər ölkələrə istirahətə gedirlər. Bu baxımdan ölkəyə ciddi valyuta axını gözlənilmir.

Ekspert deyib ki, son günlər valyuta hərracında bankların dollara olan tələbatı artıb. Buna səbəb isə bankların xarici borclarını qaytarmaları ilə əlaqəlidir. Nəticə etibarı ilə dolların bahalaşması prosesi baş verir.

“Manatın kəskin bahalaşması və ucuzlaşması gözlənilmir. “Formula-1” yarışı manata əlavə güvənlik verə bilər. Bu isə müvəqqəti və qısamüddətli təsir olacaq”.

Qeyd edək ki, “Formula-1” Avropa Qran-pri yarışına hazırlıq işləri tamamlanıb. Tədbirlə əlaqədar Azərbaycana 10-12 min xarici turistin gəlməsi gözlənilir.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə 2016 – “Formula-1” Avropa Qran-prisi ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

SalamNews

Son xəbərlər
Digər xəbərlər