8 C
Baku
Sunday, November 17, 2024

“Formula 1 qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün imkanlar yaradır”

Formula 1 yarışlarının Bakıda keçirilməsi qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin xaricdə tanıdılması baxımından əhəmiyyətli bir idman tədbiridir.

“Pandemiyada ən çox zərər görmüş sahələrdən biri də turizm sektoru idi. Bu yarışın ölkəmizin turizm sektoruna çox əhəmiyyətli təsirləri olacaq. Bu uzunmüddətli perspektivə hesablanmış bir investisiya tədbiridir. Həmçinin 44 günlük müharibədən sonra bu bizim həm də siyasi tanıtımımızdır. Nəzərə alsaq ki, Formula 1 yarışı bahalı və elit idman növüdür. Yarışı izləməyə gələnlər ölkədə çoxlu vəsait xərcləyirlər”, – deyə ekspert bildirib.

Ekspert bildirib ki, bu yarış ölkənin mədəniyyətinin, mətbəxinin və təhlükəsizliyinin nümayiş etdirilməsi üçün də unikal imkan yaradır.

“Turizmin inkişaf etməsi özü ilə kənd təsərrüfatı, xidmət, nəqliyyat, qida sektorunun da inkişafına təsir göstərir. Bu ölkəmizin qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır. Formula 1 mövsümü yeni iş yerlərinin açılışı, vergi ödəmələrində artım, kiçik və orta sahibkarların, əsasən də qida, xidmət, nəqliyyat sahəsində çalışanların gəlirinin artması, valyuta daxil olmasının artması deməkdir”, – E. Kərimli bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər