Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2023-cü il üçün “Formula 1”in ilkin təqvimini təsdiq edib.
Təqvimə əsasən, çempionat martın 5-də Bəhreyndə başlayacaq və noyabrın 26-da Əbu-Dabidə başa çatacaq. Cəmi 24 mərhələ planlaşdırılıb.
“Formula 1” üzrə Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində baş tutmuşdu.