“Formula 1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.
Bu barədə məlumatı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) öz rəsmi tviter hesabında paylaşıb.
Məlumata görə, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
İkinci test yürüşü isə saat 18:00-da baş tutacaq.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da isə sıralama turu start götürəcək. Əsas yarış isə iyunun 12-də saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Formula 1″in yeni mövsümü martın 20-də Bəhreyndə başlayacaq. Azərbaycan Qran-prisi isə 10 – 12 iyunda Bakıda təşkil olunacaq.