11 C
Baku
Wednesday, December 11, 2024

“Formula 1” üzrə Çin Qran-prisi ləğv olundu

Koronavirus pandemiyası səbəbindən fevraldaqeyri-müəyyən müddətədək təxirə salınmış “Formula 1” üzrə Çin Qran-prisi ləğv olunub.

Bu barədə “Gptoday.com” nəşri məlumat yayıb. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib.

Artıq bununla bağlı bilet alan tamaşaçılar məlumatlandırılıb.

Çin hökuməti daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarının test yarışları istisna olmaqla, ölkədə 2020-ci ilin sonunadək idman tədbirlərinin təşkilinə qadağa qoyub.

Qeyd edək ki, indiyədək Bəhreyn, Vyetnam, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

“Formula 1″də yeni mövsümə iyulun 3-də Avstriyada start verilib.

Son xəbərlər
Digər xəbərlər