“Formula 1″in sabiq rəhbəri Berni Ekklstoun 636 milyon dollar dəyərində, “Ferrari” və “Brabhamlar” da daxil olmaqla, 69 yarış avtomobilindən ibarət kolleksiyanı satışa çıxarıb.
94 yaşlı iş adamı vergiyə küllü miqdarda borcu olduğu üçün bu qərara gəlib.
Onun avtomobil kolleksiyasında “Formula 1” üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Mixael Şumaxerin idarə etdikləri “Ferrari”lər yer alıb.