18 C
Baku
Friday, October 4, 2024

Fort Boyard-ın tarixi

1666-cı ildə XIV Lüdovikin yanında Fransanın maliyyə naziri olan Kolber Roşfor şəhərinin yaxınlığında yerləşən limanda gəmilər düzəltməyi əmr edir.

Körfəzin mərkəzində inşa edilmiş Fort sahil yanları ilə limana girişin önündə maneə yarada bilərdi. Lakin əfsanəvi mühəndis Sebastyan le Pretr de Boban krala etiraz edir: “Ser, ayı dişləriniz ilə tutmaq, belə bir yerdə qala tikməkdən daha asandır”.

Fortun tikilməsi ideyasına XIX əsrdə yenidən qayıdılır. Bu zaman tikinti texnologiyaları belə bir qalanın tikilməsinə imkan verirdi. Belə bir qalaya ehtiyac isə hələ də qüvvədə idi. I Napoleonun daxili siyasəti Fransa və Böyük Britaniya arasında olan qarşılıqlı münasibətləri güclü şəkildə çətinləşdirirdi.

kak-byl-postroen-fort-boyard-14-558x722

Fortun tikintisinə 1801-ci ildə başlanılır. Tikinti zamanı bünövrə üçün nəzərdə tutulmuş daş bloklar birbaşa olaraq dənizin dibinə bərkidilir. Tezliklə inşaatçılar ciddi texniki çətinliklərlə üzləşirlər. Daş bloklar öz ağır çəkiləri səbəbindən daha dərinə batırdılar.

Nəticədə 1809-cu ildə qalanın tikintisi dayandırılır və yalnızca 1837-ci ildə I Lui-Filippin rəhbərliyi dövründə yenidən bərpa edilir. Bu zaman Böyük Britaniya ilə münasibətlər yenidən gərginləşmişdi.

kak-byl-postroen-fort-boyard-7

Fortun tikilməsi uzun zaman tələb edir və yalnızca 1857-ci ildə başa çatır. Fortun uzunluğu 68, eni 31, divarlarının hündürlüyü isə 20 metrə çatırdı.

Boyardın qarnizonu 250 insandan ibarət idi. Lakin Fortun tikintisi başa çatdıqda qala ümumilikdə lazımsız olur.

Son xəbərlər
Digər xəbərlər