Fortune ən nüfuzli gənc iş adamlarının siyahısını təqdim edib

Fortune jurnalı 40 yaşınadək biznes dünyasının ən nüfuzlu insanlarını toplayan  illik 40 Under 40 siyahısını nəşr edib.

Reytinqdə birinci yer  Facebook-un təsisçisi və qurucusu Mark Zuckerberq və İnstagramın təsisçisi və qurucusu Kevin Systrom tərəfindən paylaşılır-onların 34 yaşı var.  Zuckerberqin yaşıdları, Lyft taksi xidmətinin təsisçiləri Logan Green və John Zimmer- ikinci yerdə qərarlaşıblar.Üçlüyü 39 yaşlı Meituan Dianpring startapının yaradıcısı Van Sin  bağlayır.

Ötən il olduğu kimi siyahıya Ethereum-un yaradıcısı Vitalik Buterin və  Coinbase kripto-valyuta platformasının başcısı Brayan Armstron daxil olublar. Butern 22- ci yeri tutub, ondan iki sətr yuxarıda «Google kriptovalyuta industriyasi»-nın başcısı Armstronq qərar alıb. Keçən il onlar hər ikisi 10-cu yeri bölüşüblər.

Həmçinin bu il, messencer Telegramın qurucusu Pavel Durov 40 Under 40 siyahısına 25-ci yeri tutaraq  daxil olub. Bu ilin əvvəlində 33 yaşlı sahibkar TON blokchain-platformada İCO keçirərək 1.7 milyard dollar yığıb.

Bir sətr yuxarıda-24-cü yerdə, Robinness kriptovalyuta ticarət proqramının təsisçiləri Vlad Tenev və Baju Bhatt tutub.

Tam siyahıyla buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər