26 C
Baku
Thursday, July 25, 2024

Fortune: Dünyanın 40 yaşa qədər ən nüfuzlu şəxsləri

Banker.az xəbər verir ki, Fortune jurnalı özünün dünyanın 40 yaşa qədər ən nüfuzlu şəxslərinin illik reytinqini nəşr edib.

Siyahının ilk pilləsində Fransa prezidenti Emmanuel Makron yer alıb. İkinci pillədə Facebook sosial şəbəkəsinin təsisçisi Mark Tsugerberq, üçüncü pillədə isə Çinin nəqliyyat şirkəti Didi Chuxing-in yaradıcıları Çen Vey və Cin Lyu qərarlaşıb.

Bundan əlavə, reytinqin beşliyinə yaşayış mənzillərinin icarəsi üzrə Airbnb xidmətinin təsisçiləri Brayan Çeski, Co Gebbia, Naytan Bleçarzik və İrlandiya baş-naziri Leo Varadkar daxil olub.

Həmçinin reytinqdə qonşu Rusiyadan 10-cu pillədə Ethereum platformasının yaradıcısı Vitalik Buterin və 26-cı pillədə Crowdstrike amerikan şirkətinin rəhbəri Dmitriy Alperoviç də yer alıb.

Son xəbərlər
Digər xəbərlər