Bakı şəhərində fərdi qaydada foto xidmətləri göstərən fiziki şəxs əldə etdiyi gəlirdən nə qədər vergi ödəməlidir?
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, gələn il yanvarın 1-dən Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata endirilib. Fərdi foto xidmətləri göstərən fiziki şəxslər 15 manat məbləğə Bakı şəhərində 2 əmsal tətbiq etməklə 30 manat sabit vergi ödəyir.