28 C
Baku
Saturday, July 27, 2024

Fotoşəkilin ilk dəfə simsiz ötürülməsi 1924-cü ilə təsadüf edir

1924-cü ildə dünyada ilk dəfə fotoşəkilin transatlantik simsiz əlaqə ilə ötürülməsi baş tutdu: Nyu-Yorkdan Londona “xətsiz faksmil” vasitəsi ilə Riçard Rencer prezident Con Kelvin Kulcinin fotoşəkilini 6 dəqiqəyə göndərdi. 

Fotoşəkildə amerikan prezident, Britaniyanın rəsmi şəxsləri, o cümlədən Kembricdə yarışda qalib gəlmiş Oksfordlu velosipedçilər komandasının elə həmin gün fotoşəkili Herald Tribune-da çap olunmuşdu.

Radio Corporation of America-da (RCA) çalışan Riçard Rencer, mahiyyət etibarı ilə yeni heç nə icad etməmişdi. O, 1902-ci ildə ilk dəfə fotoelektrik faks-sistemini, 1922-ci ildə isə – radio siqnallar əsasında işləyən sistemləri nümayiş etdirən almaniyalı Artur Kornun yazılarından istifadə edirdi.

Fotoqrafiya sözün hərfi mənasında fırlanan barabana dolanılırdı və skan edilirdi. Onun üzərindəki yarım çalarlar elektron siqnallara çevrilirdi və radio vasitəsi ilə ötürülürdü, burada onlar dekodlaşaraq neqativə yazılırdı, bu sistemdən elə müasir fakslarda da istifadə olunur.

Amma yadda saxlayın ki, onda 1924-cü il idi. Əgər düşünürsünüzsə ki, məlumatların simsiz ötürülməsi yaxın zamanlarda icad olunmuş texnologiyadır, onda çox ciddi səhv edirsiniz. Bizim babalarımızı (söhbət Azərbaycandan getmir) Wi-Fi və ya LTE heç də təəccübləndirməzdi.

Son xəbərlər
Digər xəbərlər