Prezident Fövqəladə Hallar Nazirliyinin Akademiyası rəisini vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib və sərəncam ötən gündən ( 20 noyabr 2018-ci il) qüvvəyə minib.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev FHN Akademiyasının rəisi təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər