“Fövqəladə hallar zamanı metroda qatarlar arasındakı hərəkət intervalı 8 dəqiqəyədək artırılacaq”

0

“Bakı Metropoliteni”nin etibarlı elektrik enerjisi ilə təchizatı üçün 2011-ci ildə təsdiq olunmuş “Konseptual İnkişaf Sxemi”ndə qeyd olunduğu kimi, yeni stansiya və yarımstansiyalar, yeni hava veriliş xətləri və alternativ enerji mənbələri yaradılmalıdır. Bu artıq “Bənövşəyi xətt”ə tam təmin edilib”.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, quraşdırılan dizel elektrik stansiyalarının ümumi gücü 39 MVT-a bərabərdir. Ə.Osmanov qeyd etdı ki, “Bənövşəyi xətt”in 12 stansiyası və bir deposu iki ədəd mərkəzləşdirilmiş “Bakı Metropolieni”nin baş qidalandırıcı yarımstansiyasından enerji təchizatı ilə təmin olunacaq. Burada həm də bu şəbəkədən savayı kifayət qədər gücə malik dizel elektrik stansiyaları da tikilir. Fövqəladə hallarda elektrik enerjisinin verilişində fasilələr yarandıqda dizel elektrik enerjisi stansiyaları işə düşəcək və adi halda olduğu kimi “Bakı Metropoliteni”ni enerji ilə təmin edəcək.

“Ölkə başçısı 2018-ci ilin iyulun 3-də baş verən hadisədən [Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb] sonra keçirdiyi müşavirədə bildirmişdi ki, “Bakı Metropoliteni”nin mövcud xətləri alternativ enerji ilə təmin olunmalıdır. Biz artıq cənab Prezidentin bu istiqamətdə də götərişini tam yerinə yetirmişik. Hazırda “Bakı Metropoliteni”nin elektrik təchizatı sxeminə baxsanız mövcud Qırmızı və Yaşıl xətlərin stansiyaları “Azərişıq” ASC-nin yarımstansiyalarından 52 xəttlə qidalanır. Bundan əlavə apardığımız analizlər nəticəsində ən lazımlı yarımstansiyalarda ümumi gücü 39 MVT olan dizel elektrik yarımstansiyaları qurulub. Hazırda SCADA-nın, yəni dispetçer tərəfindən idarə olunması prosesi davam etdirilir. Bu vaxta qədər isə o avtomatik rejimdə idi.

Bunlar bizə nə verəcək? Əgər Bakı şəhərinin elektrik enerjisi təchizatında problem yaranarsa dizel elektrik stansiyaları “Bakı Metropoliteni”nin orta səviyyədə iş fəaliyyətini təmin edəcək. Hazırda pik saatlarda qatarlar 2 dəqiqədən bir hərəkət edir. Fövqəladə hallar olanda tunellərdə olan qatarlar stansiyalara gətiriləcək, sərnişinlər təxliyə ediləcək və metro bağlanacaq. Sonra bizim tərtib edib təsdiqlədiyimiz “qəza rejimi” qrafiki üçün avadanlıqlar səhmana salınacaq. Yəni artıq qatarlar depoya göndəriləcək yaxud görünməməsi üçün dalanlarda saxlanacaq. Bundan sonra isə dizel elektrik stansiyalarının hesabına ümumilikdə 15 cüt qatar “28 May” – “Həzi Aslanov” istiqamətində 4 dəqiqədən bir, “28 May” – “Dərnəgül” və “28 May” – “İçəri Şəhər” istiqamətində isə 8 dəqiqədən bir hərəkət edəcək. Bundan əlavə bütün stansiyalarda eskalatorlar, havalandırma, işıqlandırma və digər həyatı vacib sistemlər öz fəaliyyətini davam etdirəcək”, – deyə QSC-nin baş mühəndisi bildirib.

©Report