5 C
Baku
Friday, February 23, 2024

Fövqəladə vəziyyət hələ ləğv edilməyəcək – ÜST rəhbəri

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlib çatmayıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin hələ ona çatmamışıq”, – deyə ÜST rəhbəri vurğulayıb.

“Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir”, – baş direktor xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər