13 C
Baku
Wednesday, May 8, 2024

Fövqəladə Hallar Nazirliyi şəhərdə bu işə müdaxilə edə bilməyəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin reklam qurğuları ilə bağlı tikinti işlərini dayandırmaq səlahiyyəti olmayacaq. Banker.az bildirir ki, bu barədə Prezidentin rəsmi saytında bu deyilir.

Bu qayda Prezident İlham Əliyevin bu gün imzaladığı “Tikinti işlərinin dayandırılması Qaydası” və “Tikinti obyektlərinin sökülməsi Qaydaları” nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, FHN-nin strukturlarının reklam qurğularının sökülməsinə də müdaxilə etmək səlahiyyəti olmayacaq.

XATIRLATMA

“1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.”  – kimi fərmanda qeyd edilirdi

Son xəbərlər
 ⁠
Digər xəbərlər