“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabineti (NK) qərar qəbul edib.
Banker.az bu barədə, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə istinadən xəbər verir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib.
Hazırda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” belədir.
YENİ SİYAHI
1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.
2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.
3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.
4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.
5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.
6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.
7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.
8. Tikintidə Qiymətqoyma Mərkəzi.
9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.
11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.







