5 C
Baku
Saturday, December 14, 2024

“Fövqəladə vəziyyət haqqında” fərmana dəyişiklik edildi

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir,

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin.

Qeyd edək ki, buna qədər Fövqəladə vəziyyətdə səlahiyyət sahibləri, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti,  Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti idi. Bundan sonra bu sıraya FHN də daxil edilib.

Son xəbərlər
Digər xəbərlər