9 C
Baku
Friday, December 13, 2024

“Foxconn” etiraz edən işçilərinə $1400 ödəyəcək

“Foxconn” Çinin Zhengzhou şəhərində etiraz edən işçilərindən üzr istəyib. Qeyd olunur ki, orada təxminən 200 min işçi çalışır və onlar əsasən son model iPhone-ların istehsalı ilə məşğuldur.

Etirazlar yeni işçilərin mükafatlarının verilməməsi və iş vaxtının uzadılması səbəbindən başlayıb. Şirkət bunun artıq aradan qaldırılmış “texniki səhv” səbəbindən baş verdiyini deyib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Etirazçıların özlərinin dediyinə görə, onlar kompensasiya almağa artıq başlayıblar. Bir çox işçi işə qayıdıb. Bundan əlavə, “Foxconn” işdən çıxmaq istəyənlərə də eyni məbləği ödəyir – 10 min yuan (1397 dollar). 

Son xəbərlər
Digər xəbərlər