27 C
Baku
Tuesday, July 23, 2024

Foxconn şirkəti iPhone satışlarının yavaşıması fonunda iş yerlərini azaldıb

Nikkei Asia Review verdiyi məlumata görə, dünyanın ən böyük elektronika istehsalçısı olan Tayvanın Foxconn Technology Group şirkəti, oktyabr ayından etibarən Çində təxminən 50 min müqavilə işçisini işdən çıxarmaq niyyətindədir.

Banker.az xəbər verir ki, şirkətlər iPhone yığılması ilə məşğul olan bölmənin xərclərini 6 milyard yuana endirməlidir. Bundan əlavə olaraq, Foxconn qeyri-texniki heyətin təxminən 10%-ni azaltmağı planlaşdırılır.

Foxconn Industrial Internet Co. bölməsinin isə xərclərini 3 milyard yuana qədər azaltmağı planlaşdırır.

Foxconn, 150 min dollardan çox illik təzminat ödəmə ilə idarəçilərin mükafatlarını yenidən nəzərdən keçirəcək.

Xatırladaq ki, Foxconn bir çox cihazların yığılması üzrə ixtisaslaşıb, bunlara iPhone, noutbuk,  PlayStation və s. aiddir.

Şirkətin fəaliyyətinə ciddi təsir göstərmiş amillərdən biri, iPhone cihazların satışının kəskin aşağı düşməsi olmuşdur. ABŞ və Çin arasındakı  ticarət mübahisəsi isə bu qeyri-müəyyənliyi daha da gücləndirib.

Nikkei Asian Review verdiyi məlumata görə, 2019-cu ilin birinci rübündə Apple şirkəti iPhone-un yeni modellərinin istehsalını 10%-a qədər azaldacaq.

Son xəbərlər
Digər xəbərlər