“Apple”ın tədarükçüsü, Tayvanın “Foxconn” şirkəti ilk elektromobillərini təqdim edib. 18 oktyabrda istehsalçı sedan, yolsuzluq avtomobili və şəhər avtobusu prototiplərini nümayiş etdirib.
Banker.az xəbər verir ki, elektrikli avtomobillərin istehsalı sahəsində “Foxconn” Tayvanın “Yulon Motor” şirkəti ilə əməkdaşlıq edəcək. Avtobus 2022-ci ildə Tayvanın cənubundakı bir neçə şəhərdə fəaliyyətə başlayacaq, elektrikli avtomobillər isə 2023-cü ildə bazara çıxacaq. Mümkün qiymətlər barədə hələki heç bir məlumat yoxdur.
“Foxconn” iPhone smartfonlarının yığılması ilə məşğul olduğundan, onun “Apple”ın ilk elektrikli avtomobilinin yaradılmasında ortaq olmaq ehtimalı var. Oktyabr ayında “Foxconn” kütləvi istehsala başlamaq üçün “Lordstown Motors Corp.” şirkətinin Ohayo ştatındakı, avqustda isə mikrosxem zavodunu alıb.