8 C
Baku
Thursday, December 12, 2024

“Foxconn” və “Byton” elektrikli avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcəklər

Çinin elektrikli avtomobil istehsalçısı “Byton” və “Apple”ın iPhone tədarükçüsü “Foxconn” 2022-ci ilin birinci rübünə qədər yeni Byton M-Byte avtomobilini istehsal etmək barədə razılığa gəliblər.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Byton”, “Foxconn” və “Nanjing Development Zone” arasında strateji əməkdaşlıq müqaviləsi bağlanıb. Bu addım elektrikli nəqliyyat vasitələrinin komponentlərini yığan “Foxconn” üçün irəliləyiş olacaq. Şirkət “Byton” ilə qabaqcıl istehsal texnologiyaları və məlumat idarəetməsi sahəsindəki təcrübəsini bölüşəcək.

Bu xəbərin fonunda “Foxconn”un səhmləri 4%-dən çox artıb. Xatırladaq ki, şirkət 2019-cu ildə şassi və proqram təminatı da daxil olmaqla elektrikli avtomobilin hissələrini dizayn etməyə imkan verəcək istehsal xətlərini işə salmışdı.

Razılaşma “Byton”a elektrikli nəqliyyat bazarına qayıtmağa kömək edəcək. Şirkət M-Byte avtomobilini ilk dəfə 2018-ci ildə nümayiş etdirsə də, 2020-ci ildə pandemiya səbəbindən istehsalı dayandırmalı olub. Ümumilikdə, Çinin elektrikli avtomobillər bazarı güclü artım nümayiş etdirməyə davam edir, bu barədə CNBC yazır. “Nio”, “Li Auto” və “Xpeng” son bir neçə gündə satışların əhəmiyyətli dərəcədə yüksəldiyini qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər