19 C
Baku
Thursday, April 25, 2024

Françayzinq – öz biznesinizin təşkil edilməsi tərzi

Bu məqalədə françayzinqin mahiyyətini, tarixi inkişafını, eləcə də onun iştirakçıları üçün nə dərəcədə faydalı olduğunu araşdıracayıq.

Françayzinq biznesin bütün sahələrini əhatə etmir, bunun səbəbi aşağıda izah olunur. Bu məqalədə françayzinq sisteminin uğurlu olması üçün əsas xüsusiyyətlərə, eləcə də françayzinqin son inkişaf təmayüllərinə və gələcək proqnozlara diqqət ayrılır.

1. Françayzinq nədir

Françayzinq termini müxtəlif işgüzar münasibətləri əhatə edir və adətən lisenziyalaşdırma termini ilə yanaşı çəkilir. Biznesin təşkili edən vasitə olmaqla, françayzinq son 40 il ərzində malların müəyyənləşdirilməsi metodu və biznesin genişləndirilməsi kimi alternativ metodları xüsusiyyətlərinə malikdir.

Françayzinqdə biznesin təşkili üsulu kimi lisenziar (yəni françayzer) lizensiyaçıya (yəni françayzi) öz firma malları və xidmətlərini satmağa izini asanlıqla vermir. Françayzer həmçinin təcrübədən keçmiş işin aparılma üsusulu təqdim etməli, françayzi biznesinin təşkilində texniki və konsultativ yardım göstərməli, eləcə də gələcəkdə onu dəstəkləməlidir. Françayzi françayzerə mütləq şəkildə ilkin ödəniş etməlidir, gələcəkdə mütəmadi ödəmələri yerinə yetirməli və marketinq/reklam üçün rüsum verməlidir. İki tərəfin qarşılıqlı işbirliyinə və öz qüvvələrini uğurlu biznes naminə birləşdirmələrinə baxmayaraq, françayzer və françayzi hüquqi şəkildə müstəqildirlər.

Françayzinqin tarixi inkişafı

Françayzinq razılaşmalara bərabər işgüzar müqavilələr hələ orta əsrlərdə mövcud idi. Müasirlərə bənzər françayzinq təşkilatları ABŞ-da XIX-cu əsrin ikinci yarısında tikiş maşınları istehsal edən Singer Sewing Machine Company şirkəti yaranandan etibarən gəlmək olar. Singer və tikiş maşınları üçün ehtiyat detalları satan, eləcə də cihazların təmirini gerçəkləşdirən şirkətin atelye şəbəkəsi sahibləri arasında olan münasibətlər bu günkü françayzinqə müəyyən bənzərliyi olub: əsasən, atelyelərin üzərində Singer ticarət nişanı təsviri var idi.

İkinci nəsil françayzinqi, eləcə də biznes-format françayzinqi adlanırdı, ABŞ-da 1940-cı illərin sonunda – 1950-ci illərin əvvəllərində yaranıb. 1946-cı ildə bir-neçə françayzerə rast gəlmək olardı, 1960-cı ildə isə onlar artıq 700-dən çox idilər. Bu müddət ərzində adları bu günədək məşhur müəssisələr yarandı: McDonald’s, Holiday Inn, Budget-Rent-a-Car. 1960-cı illərin sonunda ABŞ-da əksilmə müşahidə edildi ki, bu da françayzinqin inkişafına mane oldu. Bu bir çox amerikalı françayzerləri xarici bazarları əldə etmək barədə düşündürdü. Beləliklə, françayzinq ilk dəfə Fransada 1955-ci ildə yarandı, nə vaxt ki, J. Lyons & Co. Ltd. şirkəti Böyük Britaniyada fəaliyyət hüququna malik (master franchise rights) Wimpy franşizu cəld qida amerikan restoran şəbəkəsini əldə etdi. O vaxtdan etibarən françayzinq bütün dünyada məşhur oldu və hal-hazırda inkişaf mərhələsində olaraq 140 ölkədə fəaliyyətdir, bir çoxlarında isı hətta françayzinq təşkilatları da mövcuddur.

Böyük Britaniyada 1970-ci və 1980-ci illər ərəfəsində françayzinq sürətlə inkişaf edib və məşhurlaşıb. Françayzinq inkişafında başlıca təkan bu tip mallar və xidmətlər satışının maliyyə artımı vasitəsilə böyük risklə əlaqəli olmayan yeni yaranan müəssisələr idi. Bundan əlavə, son illərdə hətta çoxdan bəri fəaliyyət göstərən müəssisələr öz bizneslərinin genişləndirilməsi vasitəsi kimi françayzinqə müraciət etməyə başlayıblar.
Françayzinq əsasən xidmət və pərakəndə satış sahələrinə rast gəlsə də, o, həmçinin istehsalçılar tərəfindən də istifadə olunur. Onlar françayzinqdən özləri üçün mallarının yaxşı satılmasını təmin etməkdən ötrü yararlanırlar və topdan satış tacirləri bundan təkcə satış nöqtələri deyil, eləcə də öz mallarını daha qənaətli ambarlardan istifadəni yollandırma üsullarını əldə edirlər. Bundan başqa, çoxdan mövcud olan pərakəndə satış şəbəkələri özlərinin şöbələrini yaratmaqla yanaşı françayzinq vahidlərini strateji məqsədləri kimi istifadə edir. Məqsədlər bu kimi ola bilər:

•    yalnız öz satış nöqtələrindən istifadə edərək daha sürətli templərlə bazarda tanınmaq;
•    mövcud olan ticarət nöqtələri hesabına kapitalın səfərbərliyi;
•    françayziyə çevirilmə hesabına az gəlirili satış nöqtələri göstəricilərinin yaxşılaşdırılması.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər