1933-cü ilin Böyük depressiya dövründə ABŞ-da 32-ci prezident vəzifəsinə Franklin Ruzvelti seçirlər. O, ölkəni ağır böhrandan xilas edəcəyinə söz vermişdi. Həmin ildə prezident SSSR ilə diplomatik münasibətlər qurur. İkinci dünya müharibəsinin başlanması ilə faşist Almaniyasına qarşı müharibədə o, Böyük Britaniyanı, Fransanı və SSSR-i dəstəkləyir.
Ruzvelt Birləşmiş Millətlər Təşkilatının yaradılması fikrini irəli sürür. Onun beynəlxalq siyasətə dair geniş planları var idi, lakin o, onları sonuna qədər həyata keçirtməyi bacarmır.
Franklin Ruzvelt Nyu-Yorkun sakini olub: həmin şəhərdə anadan olmuşdu. Onun ailəsi hörmətli ailələrdən biri hesab edirlirdi. 14 yaşına qədər o, evdə təhsil alırdı, daha sonra isə Harvard universitetinə daxil olur. Sonra isə hüquq məltəbində oxuyub, vəkil praktikası aparıb. 1905-ci ildə Ruzvelt ailə həyatı qurur. Onu bir oğlu və bir qızı olur.
1910-cu ildə gənc və ambisiyalı vəkil Ruzvelt Nyu-York ştatının senatoru seçilir, iki ildən sonra isə hərbi dəniz donanmasının nazirinin müavini olur və ailəsi ilə bir yerdə Vaşinqtona köçür. 1920-ci ildə o, Demokratik partiyası adından ABŞ-ın vitse prezident vəzifəsinə namizədliyini irəli sürür. Elə hesab edilirdi ki, Ruzvelti bundan sonra da uğur izləyəcək. Lakin bir ildən sonra qəflətən o, poliomelit xəstəliyinə tutulur və əlil arabasına düçar olur.
Ağır xəstəlik onun siyasi karyerasını dayandıra bilmir. 1928-ci ildə Ruzvelt Nyu-Yorkun qubernatoru seçilir, dörd ildən sonra isə ABŞ-ın prezidentliyinə namizədliyini irəli sürür. Ona onun həyat yoldaşı Anna Eleonora çox dəstək və kömək olurdu. O, Ruzveltin adından ölkəni səyahət edirdi, onun etibarlı şəxsi idi və onun imicini yaradır.
1939-cu ildə Avropada başlamış İkinci dünya müharibəsi zamanı ABŞ-da anti-faşist hərəkat başlanılır. 1941-ci ildə Ruzvelt lend-liz proqramını imzalayır. Bu proqrama əsasən ABŞ təmənnasız öz müttəfiqlərinə hərbi sursat, avadanlıq, ərzaq, neft məhsulları verirdi. Ümumi xərclərin məbləği 50 milyon dollar, Böyük Britaniya üçün – 11,3, SSSR üçün isə 3,2 milyarddan çox təşkil edirdi.
Ruzvelt öz ölkəsinin müharibəyə cəlb olunmasını istəmirdi, lakin 1941-ci ilin dekabr ayında yaponların Pearl- Harbora qəfil hücumu ABŞ-ı Yaponiyaya, daha sonra isə Almaniya və İtaliyaya müharibə elan etməyə vadar etdi.
Amerika prezidentinə Qırmızı ordunun qalibiyyətləri böyük təsir göstərmişdi və o, Tehranda konfransın keçirilməsinə icazə verir. Orada o, Stalin və Çörçil ilə görüşür və İkinci cəbhənin açılmasını müzakirə edir.
1945-ci ilin fevral ayında Ruzvelt Yalta konfransında iştirak edir və bir daha görüşdə iştirak etməyə ümid edir… Ştatlara qayıdandan sonra o, yorğunluq hiss edir və 12 apreldə qəfildən vəfat edir. Həkimlər onun beyinə qan sızmasından vəfat etdiyini təyin etmişdilər.
Franklin Delano ABŞ-ın ən yaxşı prezidentlərindən biri hesab edilir.