8 C
Baku
Sunday, November 17, 2024

Fransa 2050-ci ilə qədər dənizdə 50 yeni külək parkı yaradacaq

Fransa 2050-ci ilə qədər dənizdə 50 yeni külək parkı yaradacaq.

TASS xəbər verir ki, bunu ölkə Prezidenti Emmanuel Makron deyib.

Fransa lideri karbon qazının tədricən azaldılması fonunda bərpa olunan enerjinin inkişafına təcili ehtiyac olduğunu qeyd edib.

Dəniz külək stansiyaları 50 külək parkı tikməklə 40 GVt-a çatmaq məqsədilə inkişaf etdiriləcək.

“Bizim hər bir bərpa olunan enerji növü üçün çox aydın strategiyamız olmalıdır. İlk növbədə, günəş enerjisi, çünki bu cür stansiyalar daha ucuzdur və landşafta ən yaxşı şəkildə uyğunlaşır”, – Makron vurğulayıb.

Prezidentin sözlərinə görə, Fransa günəş elektrik stansiyaları üçün bütün avadanlıqları istehsal edə bilər.

Son xəbərlər
Digər xəbərlər