1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Fransa ABŞ-ın texnologiya nəhənglərini 210 milyon avro cərimələyib

Fransa ABŞ-ın texnologiya nəhəngləri – “Google” şirkətini 150 milyon avro, “Facebook” şirkətini isə 60 milyon avro cərimələyib.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, cəriməni Fransanın Milli İnformatika və Azadlıqlar Komissiyası (CNIL) tətbiq edib və şirkətlərin məxfilik siyasətini pozması ilə əsaslandırıb.

“Google”un ödənəli olduğu cərimə CNIL-in tarixində rekord göstəricidir. Qurum bəyan edib ki, “Google” və “Facebook” 3 ay ərzində müəyyən edilmiş nöqsanları aradan qaldırmasa, gündəlik 100 min avro cərimələnəcəklər.

Xatırladaq ki, ötən ilin dekabr ayında da CNIL “Google”u 100 milyon avro, ABŞ-ın digər texnologiya nəhəngi “Amazon”u isə 35 milyon avro cərimələmişdi.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər