Fransa Avstraliyadakı səfirini geri çağırıb

Rəsmi Paris “Naval Group” sualtı qayıq müqaviləsininin ləğv edilməsi ilə əlaqədar Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, bu addım prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliyanın birgə verdiyi açıqlamaların xüsusi ciddiliyi ilə əsaslandırılır”, deyə nazir vurğulayıb.

 

Son xəbərlər
Digər xəbərlər