28 C
Baku
Saturday, July 13, 2024

Fransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub

Rumıniyanın paytaxtı Buxarest şəhərində avrozonaya daxil olan ölkələrin maliyyə nazirlərinin yığıncağında Fransanın maliyyə naziri Le Mar bu verginin ABŞ-a aid “Alphabet”, “Amazon”, “Facebook”, “Apple” kimi 30 texnoloji şirkətə təsirinin olacağını və yığılacaq vergi məbləğinin hər il yarım milyard avroya çata biləcəyini deyib.

O, bu qərarın dünya vergi sistemində “daha çox ədalət” tələbinə əsasən verildiyini vurğulayıb. Qeyd edək ki, mart ayında Avropa İttifaqı (Aİ) texnoloji şirkətlərlə əlaqədar bütün Aİ ərazisini əhatə edən rəqəmsal verginin tətbiqi ilə bağlı razılaşma əldə etmişdi.

Bu razılaşmaya əsasən, Aİ ərazisində fəaliyyət göstərən iri texnologiya şirkətlərinə 3 faiz dərəcəsi ilə vergi tətbiq etmək nəzərdə tutulur. Fransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub. Avstriyanın transmilli rəqəmsal şirkətlərdən 200 milyon avro vergi tutacağı gözlənilir.

©Vergilər

Son xəbərlər
Digər xəbərlər