Fransa Bankının Şamalyer şəhərindəki əsginas istehsalı fabrikində yanğın baş verib. Hadisə laboratoriyanın istehsalat sexində yerləşən hissəsində baş verib. Hakimiyyət şəhər sakinlərini evlərini tərk etməməyə və pəncərələri açmamağa çağırıb.
Banker.az xəbər verir ki, 24 nəfər xəsarət alıb. Pulun yanıb-yanmadığı dəqiqləşdirilməyib.