Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib

Fransa Livandakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasının tərəfdarıdır.

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT-nin mənzil-qərargahında keçirilən samitdəki çıxışında deyib.

“Fransa bir daha tərəfləri və onları dəstəkləyənləri gərginliyi azaltmağa və regional münaqişədən qaçmağa səy göstərməyə çağırır”, – nazir vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər