22 C
Baku
Sunday, May 26, 2024

Fransa Ermənistana zirehli texnikalar göndərir

Fransa Ermənistana 50 ədəd “VAB MK 3” model zirehli transportyor verəcək.

Bu barədə “Sputnik Armeniya” nəşri Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuisa istinadən məlumat yayıb.

Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır.

Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.

Nəşr qeyd edir ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər