Fransa Prezidenti Emmanuel Makron ölkəsinin iyun ayında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.
Dövlət başçısı bu barədə Misirə səfərindən sonra “France 5” kanalına verdiyi müsahibədə danışıb.
O, bu addımı Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransında atmağı planlaşdırdıqlarını bildirib.
Qeyd edək ki, ötən il Fələstini tanıyan ölkələr arasında İspaniya, Norveç və İrlandiya olub. Bu qərar Fələstinin beynəlxalq səviyyədə tanınma səylərini dəstəkləyərək sülh danışıqlarına töhfə vermək məqsədi daşıyır.