Fransa 2015-ci ildən bəri ilk dəfə 2024-cü ildə dövlət xərclərini azaldacaq.
Bu barədə İqtisadiyyat və Maliyyə Nazirliyinin ilkin sənədinə istinadən “Agence France-Presse” xəbər verir.
Qeyd edilir ki, 2024-cü ildə enerji tariflərinin dayandırılması ilə əlaqədar olaraq ilk dəfə olaraq dövlət xərclərinin azaldılması planlaşdırılır.
Beləliklə, 2024-cü ildə müxtəlif dövlət tapşırıqları üçün ayrılan vəsait 356 milyard avro təşkil edir. Bu, 2023-cü illə müqayisədə 4.8 milyard avro azdır. Azalma elektrik enerjisi və qaz üçün tariflərin tədricən ləğvi ilə izah olunur.