Fransa hökuməti yeni peyvənd keçidlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlayır.
Bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.
Yeni keçidin 2022-ci ilin yanvarın 15-də qüvvəyə minəcəyini gözləyir.
Bu sənəd ölkədə sanitar talonları əvəz edəcək və PCR testlərinin nəticələrini nəzərə almayacaq.
Fransa hazırda COVID-19-un beşinci dalğasını yaşayır. Ölkədə Yeni il gecəsi konsertlər və atəşfəşanlıq ləğv edilib.
Dekabrın 20-nə olan məlumata görə, 51,4 milyon insan tam, 19,8 milyon fransız isə təkrar peyvənd olunub.