Fransa tənzimləyicisi “Google” və “Amazon”u “cookie” faylları (“kuki”, məlumatların veb-server tərəfindən göndərilən və istifadəçinin kompüterində saxlanılan kiçik bir fraqment) qanununun pozulmasına görə müvafiq olaraq 100 və 35 milyon avro cərimə edib.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin veb-saytında yayımlanan bəyanatlarda deyilir.
Bildirilir ki, şirkətlər heç bir xəbərdarlıq etmədən və icazə almadan istifadəçilərin kompüterlərinə “cookie” fayllarını yerləşdiriblər.