12 C
Baku
Wednesday, December 11, 2024

Fransa hərbçiləri dekabrın 22-dək Nigeri tərk edəcək

Nigerdə ​​qalan Fransa hərbçiləri dekabrın 22-dək bu ölkəni tərk edəcək.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrə qədər bütün fransız hərbçiləri, eləcə də onların texnikası Nigerdən tamamilə çıxacaq.

Niger hakimiyyətinin nümayəndəsinin ORTN televiziyasına verdiyi məlumata görə, Fransanın 1346 hərbi qulluqçusu və bu ölkənin texnikasının 80 faizi artıq ölkəni tərk edib. Hazırda Nigerdə ​​Fransa kontingentinin 157 üzvü qalır, onlardan 75-i texniki heyətdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər