6 C
Baku
Sunday, December 15, 2024

Fransa hökuməti internet-korporasiyaları terrorizmə qarşı mübarizəyə çağırır

Fransanın Daxili İşlər Naziri Kristof Kastaner, Figaro qəzetinə verdiyi müsahibədə, terrorizmə qarşı mübarizəyə böyük internet şirkətlərini də çağırdığını söyləyib. 

Baş nazirin verdiyi məlumata görə, 50 adamın ölümü ilə nəticələnən Christchurch hadisəsini əks etdirən video çəkilişlər internet və terror arasında qan bağlarının olduğunu göstərirlər. Kastaner-in sözlərinə görə, GAFA şirkətləri – Google, Apple, Facebook, Amazon – terrorizmin təbliğatına qarşı “müsbət” məlumatların yayılmasına kömək etməlidirlər.

Xatırladaq ki, 15 mart tarixində Yeni Zelandiyanın Christchurch məscidlərində atışma baş vermişdir, polis əməkdaşlarının verdiyi məlumata görə 50 nəfər həlak olub, 50 nəfər isə ağır yaralanıb. Yeni Zelandiyanın baş naziri bu hadisəni terror hadisəsi kimi qiymətləndirib.

Hadisədə 28 yaşlı Brenton Tarrant adlı şəxs günahlandırılıb. O, baş vermiş bütün hadisələri videoya çəkərək sosial şəbəkədə canlı yayıma buraxmışdır. Əldə edilmiş məlumata görə, hadisədən 1,5 saat sonra bütün bu videolar sosial şəbəkələrdən silinmişdi.

Son xəbərlər
Digər xəbərlər