Fransa lideri Emmanuel Makron koronavirusun ikinci dalğası fonunda bir sıra şəhərlərdə komendant saatının tətbiq olunduğunu açıqlayıb. Məsələn, Paris, Lill, Lion, Marsel və Tuluza.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, komendant saatı şənbə günü saat 21.00-dan 06.00-a qədər davam edəcək. Bu rejim dörd həftə üçün nəzərdə tutulub.
“Bəli, komendant saatı dediyimi adekvat tədbirdir”, – deyə Makron Fransa telekanallarına verdiyi müsahibədə söyləyib.
Xatırladaq ki, ölkədə epidemiya vəziyyəti avqustdan bəri pisləşməyə davam edir. Belə ki, oktyabrın 10-u yoluxanların sayı rekord saya çatıb (bir gündə 26 min nəfər).