Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire bildirib ki, Fransa hökuməti 2021-2023-cü illər arasında əhalini kəskin qiymət artımından qorumaq üçün 100 milyard avro xərcləyəcək.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
2021-ci ildə hakimiyyət elektrik və qaz qiymətləri üzrə “tarif qalxanı” tətbiq edib, 2023-cü ildə o, qismən qorunacaq – məbləğ 46 milyard avro təşkil edəcək.
Hökumət həmçinin 2023 və 2024-cü illərdə biznes üçün əlavə dəyər vergisini ləğv etmək niyyətindədir. Orta hesabla bu vergi dövlət büdcəsinə ildə 8 milyard avro gəlir gətirir.
Bundan əvvəl Fransa elektrik enerjisinə qənaət etmək üçün Luvr və Versalın işıqlanma vaxtını azaltmaq qərarına gəlib.