20 C
Baku
Wednesday, October 9, 2024

Fransa iqtisadiyyatına koronavirus zərbəsi! Bir ayda 8% azalacaq

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire, yeni növ koronavirusun (Covid-19) yayılması səbəbindən məcburi şərtlər xaricində sərbəst hərəkətin məhdudlaşdırılması ilə 11 May tarixinə qədər ölkə iqtisadiyyatının 8 faiz azalacağını açıqladı.

Banker.az xəbər verir ki, Le Maire, BFMTV kanalında epidemiyanın ölkə iqtisadiyyatına təsiri ilə bağlı açıqlamalar verdi.

Ölkədəki sərbəst hərəkətin məhdudlaşdırılması ilə bir ay ərzində ölkə iqtisadiyyatının 8 faiz azalacağını bildirən Le Maire, çətin vəziyyətdə olan şirkətlər üçün 100 milyard avro ayrıldığını söylədi.

Le Maire, keçən həftə verdiyi açıqlamada, yeni koronavirus (Kovid-19) səbəbiylə bu il 1945-ci ildən bəri ən böyük iqtisadi tənəzzülə məruz qala biləcəyini söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər