6 C
Baku
Sunday, December 15, 2024

Fransa İran üzərindən Ermənistana silah göndərdi

Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah və sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki aviasiya təyyarələri aktiv şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Banker.az xəbər verir ki, dəfələrlə bundan əvvəl də Ermənistana hərbi yüklərin çatdırılıb, Rusiyadan Ermənistana çoxsaylı uçuşlar həyata keçirilib. Yalnız oktyabrın üçündən doqquzuna qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr, ümumi çəkisi 20 tondan çox olan silah və sursat “humanitar” tədarükü həyata keçirdib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərlə əlaqədardır.

Lakin Azeri Daily-yə məlum olduğu kimi Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.

Elə əvvəlki gecə F-GKXY qeyd nömrəli bir Airbus A320-214 yük təyyarəsi Paris Charles de Gaulle hava limanından İrəvana qalxıb. Təyyarə İranın hava məkanından keçərək saat 00: 12-də Ermənistan paytaxtına çatıb.

Son xəbərlər
Digər xəbərlər