10 C
Baku
Thursday, December 12, 2024

Fransa İranlı naziliyin əməkdaşlarının hesablarını dondurub

Fransa hökuməti İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”), habelə iki nəfər iranlının bank hesabını dondurduqlarını açıqlayıb.

“İnterfax”a istinadən, Fransa KİV-də dərc olunan məlumata görə, hesabı dondurulan fərdi şəxslərdən birinin adı Əsədulla Əsədi kimi qeyd olunur. Bu, Fransaya qarşı terror aktı hazırlamaqda şübhəli bilinən İran dilomatının da adıdır. Dünən Almaniyanın Bamberg şəhərinin məhkəməsi İranın müxalifət təşkilatı olan “İran xalq mücahidləri”nin keçirəcəyi görüşdə iştirak etməyə hazırlaşan Ə.Əsədinin Belçikaya ekstradisiyasına icazə verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər