Fransa Konstitusiya Şurası Emmanuel Makronu ölkə prezidenti elan edib.
Bu qərarı şuranın rəhbəri Loran Fabius elan edib.
Fabius əlavə edib ki, Makronun yeni səlahiyyət müddəti mayın 14-də başlayır.
Aprelin 24-də prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, Makron 18,7 milyon, rəqibi Marin Le Pen isə 13,2 milyon səs toplayıb.