12 C
Baku
Saturday, November 23, 2024

Fransa koronavirusa görə bütün təhsil müəssisələrini bağlayacaq

Fransadakı bütün təhsil müəssisələri 16 mart tarixindən başlayaraq fəaliyyətini dayandırırlar.

Banker.az xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 62 min təhsil müəssisəsi bağlanacaq: körpələr evi, uşaq bağçaları, məktəblər, liseylər, kolleclər və universitetlər. Makron COVID-19 koronavirus infeksiyasını “son yüz ildə səhiyyə sahəsində baş vermiş ən ciddi böhranlardan biri hesab edir”.

Fransa prezidenti yaşlıları və xroniki xəstəlikləri olan insanları daha ehtiyatlı olmağa çağırır.

Ümumilikdə Fransada 2876 yoluxma halı qeydə alınıb, 61 nəfər dünyasını dəyişib. Xatırladaq ki, martın 11-i Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etdi. Dünyanın 118 ölkəsində 124 min nəfər yoluxub, 4600 nəfər dünyasını dəyişib

Son xəbərlər
Digər xəbərlər