Fransa BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyətilə bağlı Qətnamə qəbulu prosesini dayandırdığını bəyan edib.
Bu Azərbaycan diplomatiyası beynəlxalq dairələrdə ona olan etimadı nəticəsində Parisin və Ermənistanın bu addımını darmadağın edə bilib.
Qeyd edək ki, 2022-ci ilin sentybar hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyində “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən ermənipərəst mətn hazırlanmışdı.
10 gündən artıqdır ki, bu sənədlə bağlı “diplomatik müharibə” gedirdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azəraycan icması ilə görüşündə Azərbaycana qarşı BMT-də təxribat hazırlandığını açıqlamışdı. Dekabrın 23-də İlham Əliyev Makronla telefon danışığı zamanı onu regional məsələlərə münasibətdə tərəfsiz olmağa çağırmışdı.
Prosesi bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı.
Fransa hesab edirdi ki, BMT TŞ-nə ermənipərəst Bəyanatı çıxarmaqla daha sonra onu Qətnamə kimi qəbul edə biləcək. İrəvan və Paris Laçın yolundakı vəziyyəti BMT vasitəsilə dəyişdirməyə can atırdılar.
Amma digər beynəlxalq oyunçularla razılaşdırılmadan aparalın fəaliyyət həmin oyunçuları qəzəbləndirdi. Bu, həm Rusiyaya qarşı növbəti erməni xəyanəti, həmçinin ABŞ-ın dəstəyi ilə aparılan sülh sazişi üzrə danışıqlara, bütövlükdə beynəlxalq ictimaiyyətə hörmətsilik idi.
BMT TŞ-nın sədri olan Fransa bu 10 gün ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı keçirə bilmədi. Azərbaycanın ciddi diplomatik səyləri ilə Bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarılıb. Daha sonra sənəddə qeyd edilib ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər.
Rəsmi Bakı öz tərəfdaşlarının köməyi ilə Bəyanatın mətnini o qədər yumşalda bilib ki, 6-7 redaksiya dəyişikliyindən sonra sənəd azərbaycanpərəst Bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən ümumiyyətlə imtina edib.
Verilən məlumata görə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.
Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər.
Fransa bu cəhdin iflasa uğramasından o qədər qəzəblənib ki, BMT-dəki daimi nümayəndəsini geri çağrımağı istəyir.
Demək olar ki, Azərbaycan Fransa -Ermənistan tandemini darmadağın edib.