Fransa və Litva arasında 18 ədəd “Caesar” özüyeriyən haubitsasının tədarükünə dair müqavilə imzalanıb.
Bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü litvalı həmkarı Arvidas Anusauskasla görüşdən sonra “Twitter“ səhifəsində məlumat verib.
“Nazir Anusauskasın səfəri çərçivəsində Litvanın ilə Fransanın “Nexter” şirkəti arasında 18 ədəd “Caesar” özüyeriyən haubitsasının tədarükü üçün müqavilə imzalanıb”, – Lekornü yazıb.
O, həmçinin qeyd edib ki, səfər müdafiə sahəsində Fransa-Litva əlaqələrinin daha da möhkəmlənməsinə imkan verib.