Fransada məktəb sənədlərində “ata və ana” sözləri işlədilməsinə son qoyulub.
Milli Assambleyada məktəb sənədlərində “ata və ana” sözlərinin “valideyn1 və valideyn2” sözləri ilə əvəz edilməsinə dair “Etibarlı məktəb haqqında” qanunda dəyişiklik edilməsi təklifi elə birinci oxunuşdan qəbul olunub.
Bildirilib ki, məktəblərdə şagirdlərlə bağlı ərizə və anket formalarında ata və ana sözlərindən istifadə olunur və bu da bəzi ailələrin tərkibinə uyğun deyil. Bu cür ailələrin uşaqları onlara digər həmyaşıdları ilə eyni münasibət bəslənilmədiyini hiss edirlər. Belə vəziyyətlərin qarşısını almaq, sosial bərabərliyi təmin etmək məqsədilə qanunda dəyişiklik edilib.