Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətində bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi noyabrın 28-də Azərbaycana qarşı bədnam qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacağını nəzərə alaraq soydaşlarımızı bir daha səfərbər olmağa, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini Assambleya üzvlərinə çatdırmaq üçün qüvvələrini birləşdirməyə və yaşadıqları ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq öz münasibətini bildirməyə çağırır.