23 C
Baku
Saturday, April 20, 2024

Fransa miqrant uşaqlarını vətəndaşlıq hüququndan məhrum edəcək

Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi) doğulmuş əcnəbilərin uşaqlarının torpaq hüququ əsasında Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.

Bu barədə jurnalistlərə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.

“Biz Mayottada “torpaq hüququ”nun ləğvini qanunvericilikdə təsbit edəcək radikal bir qərar qəbul etmək niyyətindəyik. Əgər siz fransız valideynlərin övladı deyilsinizsə, artıq fransız olmaq mümkün olmayacaq”, – deyə nazir qeyd edib.

Darmanin vurğulayıb ki, bu yolla Paris miqrantlar üçün Mayottanın cəlbediciliyini sıfıra endirəcək”.

Onun sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.

Qeyd edək ki, son zamanlar Mayotta Afrika ölkələrindən və qonşu Komor adalarından əhəmiyyətli miqrant axını ilə üzləşib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər