Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir.
Bu barədə diplomatik mənbələrə istinadən AFP agentliyi məlumat yayıb.
“Mövcud vəziyyəti nəzərə alaraq, biz yaxın vaxtlarda səfirliyimizi bağlamaq qərarına gəldik” deyən agentlik diplomatik missiyanın artıq “işdən azad edilməsinə və işləyən yerli sakinlərə təzminat ödənilməsinə” başladığını bildirib.
Diplomatik missiyanın artıq normal fəaliyyət göstərə bilməyəcəyi qeyd olunur.
Fransanın Nigerdəki səfiri Silven İtte sentyabrın 27-də ölkəni tərk edib.