Bu gündən etibarən Fransa beynəlxalq səyahətçilər üçün bütün COVİD məhdudiyyətlərini ləğv edib.
Müvafiq qərar Fransa hökumətinin saytında yerləşdirilib.
Avqustun 1-dən etibarən Fransaya gələn sərnişinlər artıq koronavirus peyvəndi, keçmiş xəstəlik və ya mənfi koronavirus testinin nəticəsini təqdim etməyə ehtiyac duymayacaqlar.
Eyni zamanda, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, respublika hökuməti yenidən iki aydan çox olmayan müddətə məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. Növbəti altı ay ərzində sağlamlığa ciddi təhlükə yaradan yeni koronavirus ştammları yaranarsa, səlahiyyətlilər belə bir tədbirə əl atacaqlar.